azturkxeber.az
http://azturkxeber.az

Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq- Fəxrəddin Altun

19-03-2025

 

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Rəcəb Tayyib Ərdoğan barəsində böhtan xarakterli kampaniyaların qarşısının alınacağını deyib.

Azturkxeber.az  xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

F.Altun bildirib ki, hazırda aparılan istintaqın məzmunu və təfərrüatları ilə tanış olmadan aparılan siyasi-ideoloji qiymətləndirmələr arasında Prezident Rəcəb Tayyib Ərdoğana qarşı böhtan xarakterli iddialar var.

"Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq", - o əlavə edib.

İdarə rəhbəri məhkəmə tərəfindən verilən qərara cəmiyyətin bütün təbəqələri tərəfindən hörmətlə yanaşılmalı olduğunu xatırladıb: "Bu prosesdə dezinformasiyaya qarşı mübarizəmizi davam etdirəcəyik. Vətəndaşlarımızdan təsdiqlənməmiş və şübhəli məzmuna qarşı diqqətli olmaqla bu mübarizəni dəstəkləmələrini, həmişə olduğu kimi, rəsmi qurum və orqanların bəyanatlarına inanmalarını ciddi şəkildə xahiş edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31