azturkxeber.az
http://azturkxeber.az

Psixi sağlamlıq və insan hüquqları mövzusunda hüquqi maarifləndirici tədbirlər keçirilib

19-03-2025

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal və Şimal-Qərb regional mərkəzləri tərəfindən Quba Rayonlararası Psixonevroloji Mərkəzində və Şəki Rayon Psixiatriya Xəstəxanasında “Psixi sağlamlıq və insan hüquqları” və “Psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzularında hüquqi maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyət istiqamətlərindən biri olduğu bildirilib, bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumat verilib. Müvəkkilin təşəbbüsü ilə Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində işçi qrupun yaradıldığını diqqətə çatdırılıb.
Eyni zamanda, “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda edilmiş dəyişikliklər, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, “916” Çağrı Mərkəzi, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə də ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31