azturkxeber.az
http://azturkxeber.az

Polşa “Şərq qalxanı” layihəsi çərçivəsində Belarus və Rusiya ilə sərhədləri minalamağı planlaşdırır

19-03-2025

Polşa “Şərq qalxanı” layihəsi çərçivəsində Belarus və Rusiya ilə sərhədləri minalamağı planlaşdırır


Polşa “Şərq qalxanı” istehkamlarının tikintisi layihəsi çərçivəsində Belarus və Rusiya ilə sərhəddə piyada əleyhinə minaların quraşdırılmasını planlaşdırır.

Polşa müdafiə nazirinin müavini Pavel Beyda bunu RMF24 radiostansiyasının efirində Varşavanın piyada əleyhinə minalar barədə Ottava konvensiyasından çıxmaq planlarını şərh edərkən deyib.

“Bizim başqa seçimimiz yoxdur. Belarus və Rusiya ilə sərhədlərdə vəziyyət ciddidir. Minaların yerləşdirilməsi “Şərq Qalxanı” müdafiə sisteminin elementlərindən biri olacaq”, - deyə nazir müavini bildirib.

“Hazırda bizim piyada əleyhinə minalarımız yoxdur, lakin onları istehsal etməyə imkanımız çatır. Burada milyona yaxın minadan söhbət gedir”, - deyə Pavel Beyda əlavə edib.

“Şərq Qalxanı” müdafiə sistemi layihəsi Rusiya və Belarusla sərhəddə istehkamlar, maneələr və bunkerlər şəbəkəsinin inşasını nəzərdə tutur. Dəyəri 10 milyard zlotı (2,5 milyard dollar) həcmində qiymətləndirilən sistemin 2028-ci ilə tamamlanması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31