azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda şəhid və qazi övladlarına, sosial qayğıya  ehtiyacı olan uşaqlara bayram hədiyyələri təqdim edilib

19-03-2025

 

Martın 19-da Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid və qazi övladları, həmçinin sosial qayğıya ehtiyacı olan uşaqlarla bayram görüşü keçirilib.
Əvvəlcə teatrın kollektivi “Cırtdan nağıllar aləmində” tamaşasını təqdim edib. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli uşaqlarla birlikdə tamaşanı izləyib. 
Səlahiyyətli nümayəndə çıxış edərək bildirib ki, Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Min illərdir, Azərbaycan xalqı adət-ənənələrini Novruz ətrafında birləşdirir. Milli adət-ənənələrimizin bir hissəsi olan bu bayram yeni başlanğıclar, sevinc, şadlıq rəmzi daşıyır. 
Teatrın kollektivinə uğurlu tamaşaya görə təşəkkür edən səlahiyyətli nümayəndə balacalara bayram təbriklərini və xoş arzularını çatdırıb.
Sonra tədbirdə iştirak edən uşaqlar səhnəyə dəvət olunub, onlara bayram hədiyyələri verilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikada yaşayan şəhid və qazi övladlarına, həmçinin sosial qayğıya ehtiyacı olan 500 uşağa Novruz bayramı hədiyyəsinin verilməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31