Ağdamda polisin keçirdiyi əməliyyat zamanı silahlı şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Ehtiram Hüseynov idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə baxış zamanı "AK" markalı avtomat, 1 patron darağı, 29 patron və 1 süngü bıçaq aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq həyətyanı sahəsində gizlədib, daha sonra gizlətdiyi yeri dəyişmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Tapdığı avtomatla saxlanıldı, gizlədilən və satılan döyüş silahları aşkarlandı - Polis əməliyyatı