azturkxeber.az
http://azturkxeber.az

Papa Fransiskin səhhəti yaxşılaşır

16-03-2025

Papa Fransiskin səhhəti yaxşılaşır


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı klinik vəziyyət sabit qalıb, son həftədəki yaxşılığa doğru irəliləyiş davam edib.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Pontifik gecə ərzində qeyri-invaziv mexaniki ventilyasiya ehtiyacını tədricən azaldıb. Yüksək axınlı oksigen terapiyası isə davam edir. Tibbi terapiya və müalicələr klinik mənzərədə tədricən yaxşılaşma göstərir. Papa günün çox hissəsini müalicə, dua və istirahət etməklə keçirib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31