azturkxeber.az
http://azturkxeber.az

Müqəddəs Taxt-Tac: Roma Papasının əhvali-ruhiyyəsi yaxşıdır

12-03-2025

Müqəddəs Taxt-Tac: Roma Papasının əhvali-ruhiyyəsi yaxşıdır


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin əhvali-ruhiyyəsi yaxşıdır, özünü daha yaxşı hiss edir və ətrafdakı insanlarla söhbət edir.

Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb.

“Pontifik gün ərzində təyin edilmiş müalicələri, farmakoloji, tənəffüs və terapiyanı davam etdirib. O, həmçinin VI Pavel zalında keçirilən ruhani məşqlərini videobağlantı vasitəsilə izləyib, xəstəxanadakı kilsədə dua edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31