azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb

11-03-2025

Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb


Cari ilin 2 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 735 torpaq sahəsi, 648 fərdi yaşayış, 226 mənzil, 45 qeyri-yaşayış binası, 40 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi olmaqla, ümumilikdə, 1702 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 4,1 faiz artıb.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 10,2 faiz artaraq 172,3 min manat, xidməthaqqı isə 16,1 faiz artaraq 377 min manat təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31