“Kəpəz”in futbolçusu Tacikistan yığmasına dəvət alıb
“Kəpəz”in futbolçusu Şervoni Mabatşoev milliyə çağırılıb.
Klubdan verilən məlumata görə, yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına dəvət alıb.
Tacikistan komandası martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kubokunun seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.
Hər iki görüş Düşənbədə keçiriləcək.