azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

11-03-2025

 

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

AzTurkxeber.az xəbər verir ki,bu barədə DSX-dən məlumat verib.

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları -  1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
[media=https://www.dsx.gov.az/news/1883]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31