azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

06-03-2025

 

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır.

Fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılmışdır.

Fevral ayının 26-da saat 20:40-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31