Vasif Talıbovun “xan” statusu ləğv edilir
Naxçıvanda Ali Məclisin sədri daha “ali vəzifəli şəxs” sayılmaya bilər; muxtar respublikada yeni idarəçilik modeli nə vəd edir?
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir.
“Yeni Müsavat” yazır ki, fevralın 20-də Ali Məclisin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.