azturkxeber.az
http://azturkxeber.az

Taekvondo millisinin məşqçisi: Azərbaycanda idmana xüsusi həssaslıqla yanaşılır

05-03-2025

Taekvondo millisinin məşqçisi: Azərbaycanda idmana xüsusi həssaslıqla yanaşılır


“Yaşından, işindən asılı olmayaraq, hər kəsi pis vərdişlərdən uzaq olmağa, idmanla məşğul olmağa və sağlam həyat yaşamağa dəvət edirəm”.

Bu sözləriaçıqlamasında gənc taekvondoçulardan ibarət Azərbaycan millisinin məşqçisi Fəridə Əzizova 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı danışarkən deyib.

Taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı idmanla məşğul olmağa yeni başlayan gənclərə məsləhət verib: “İdmanla peşəkar şəkildə məşğul olmağa qərar verən hər kəs öncədən bilməlidir ki, həyatlarının böyük qismini buna həsr etməlidirlər. Yaxşı və titullu idmançı olmaq üçün ilk növbədə seçdikləri növü həyatlarının mərkəzinə qoymalıdırlar. Əgər onlar idmanı ikinci plana atsalar, istədikləri nailiyyətləri əldə edə bilməzlər. Hər zaman idmançıda səbir, əzmkarlıq, idman ruhu və vətənpərvərlik özünü göstərməlidir”.

O, Azərbaycanda idmana hər zaman xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb: “Peşəkar idmançı karyeramız ərzində hər birimiz dövlətimizin başçısının, Azərbaycan xalqının dəstəyini və diqqətini hiss etmişik. Ona görə də iştirak etdiyimiz bütün beynəlxalq turnirlərdə həmişə bayrağımızı qürurla dalğalandırmağa, himnimizi səsləndirməyə, bir sözlə, ölkəmizi layiqincə təmsil etməyə çalışmışıq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31