Qızıl Aypara Cəmiyyəti Pedaqoji Universitetdə qanvermə aksiyası keçirib
Bu barədə ADPU-dan bildirilib. AzQAC-ın fəaliyyətə başlamasının 105 illiyi və cəmiyyətin ADPU bölməsinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə keçirilən aksiyada iştirak edənlər xeyriyyə məqsədilə qan veriblər. Onlara Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, bukletlər paylanılıb.
Qeyd edək ki, martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 105 illiyi tamam olur.