azturkxeber.az
http://azturkxeber.az

Qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar edilib

05-03-2025

Polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bundan əlavə Qəbələ şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdığına görə bir nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.

Qeyd olunub ki, ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə görülən tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31