azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan idmançıları ötən il 201 medal qazanıblar

05-03-2025

Naxçıvan idmançıları ötən il 201 medal qazanıblar


2024-cü i ildə ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Bəhreyn, Finlandiya, Monqolustan, Belarus və Bolqarıstanda keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak edərək önəmli nailiyyətlərə nail olublar. Belə ki, Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-i qızıl, 71-i gümüş, 58-i bürünc olmaqla, ümumilikdə, 201 medal qazanıblar.

Bu sözləri Naxcıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsinə müvəqqəti icra edən Məcid Seyidov 2024-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, təmsilçilərdən Röya Abdullayeva 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi adını tarixə yazdırıb. Fidan Paşayeva həmin qitə birinciliyinin bürünc medalçısı olub. Əli Əsgərov pauerliftinq üzrə Avropa çempionatının qızıl medalçısı və mütləq çempionu olmaqla, daha bir titul əldə edib. Karateçi Xədicə Bayramova XIV Dünya Şotokan çempionatında 8-9 yaşlılar kateqoriyasında 3 qızıl medal qazanmaqla, böyük uğura imza atıb. Ləman Bağırova Naxçıvan cüdosu tarixində 15 yaşadək cüdoçular arasında ölkə çempionu olan ilk qız idmançı adını qazanıb. Boks, atletika, gimnastika, cüdo, karate, voleybol, kikboks və qarışıq döyüş növlərində bir sıra fərdi və kollektiv uğurlar əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31