azturkxeber.az
http://azturkxeber.az

Gəncədə Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

05-03-2025


Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunun.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev bildirib ki, ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət yetirilir. Ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də müasir tələblərə cavab verən idman qurğuları inşa edilir. O xatırladıb ki, Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə möhtəşəm İdman Sarayının açılışı olub. Dövlət başçımız tərəfindən təməli qoyulan Gəncə şəhər stadionunda tikinti işləri sürətlə davam edir, Gəncə Olimpiya Kompleksində isə əsaslı təmir işlərinə başlanılıb.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, 5 Mart – İdman və Bədən Tərbiyəsi Günü idmanın və sağlam həyat tərzinin əhəmiyyətini vurğulamaq, cəmiyyətdə idmana olan marağı artırmaq, idmançılarımızın uğurlarını qeyd etmək üçün gözəl fürsətdir.

Rəsmi çıxışlardan sonra güləş, taekvando, karate, kiqboksinq, cüdo, aikido, gimnastika, basktebol və boks idman növləri üzrə idmançıların nümunəvi çıxışları izlənilib. Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblının, Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin, “Xəmsə” Uşaq Rəqs Ansamblının və Xoşqədəm Mehdiyevanın çıxışları tədbirə rəng qatıb.

Tədbirin sonunda 2024-cü ilin yekunlarına əsasən uğur əldə etmiş idmançı və məşqçi-müəllimlər fəxri fərmanla təltif olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31