azturkxeber.az
http://azturkxeber.az

BDU ilə Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

05-03-2025


Bakı Dövlət Universitetində (BDU) Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin Təkmilləşdirmə və Əlavə Təhsil İnstitutunun direktoru Akmaral Jalgasbaeva və Neft və qaz fakültəsinin dekanı Reyhan Süleymenova ilə görüş olub.

Bu barədə BDU-dan bildirilib.

Qonaqlarla görüşdə rektor Elçin Babayev Qazaxıstan universitetlərinin BDU-nun beynəlxalq əlaqələrində xüsusi çəkiyə malik olduğunu bildirib. Bu baxımdan Atırau Neft və Qaz Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsindən gözləntilərin böyük olduğunu, bunun iki qardaş ölkə arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Qonaqlar BDU ilə elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin vacibliyini bildirib, Atırau Neft və Qaz Universitetinin əlavə təhsil sahəsində təcrübəsini bölüşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31