azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan təlimçiləri Şahdağda keçirilən xizək yarışında 2 medal qazanıblar

05-03-2025


Şahdağda keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində alyansa üzv dövlətlərin təlimçiləri arasında xizək yarışı təşkil olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, yarışın keçirilməsinin məqsədi alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq, xizək və snoubord idman növlərinə marağı artırmaqdır.

Turnirdə “Şahdağ”, Özbəkistanın “Amirsoy”, Qazaxıstanın “Şımbulak” və “Oy Qaraqay”, Rusiyanın “Roza-Xutor” dağ kurortlarının 50-ə yaxın xizəkçisi slalom üzrə birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar arasında azərbaycanlı təlimçilərdən Mariya Şerstyuk gümüş, Nurlan Abdulov bürünc bürünc medal qazanıb.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31