azturkxeber.az
http://azturkxeber.az

Xabarovskda tanınmış məşqçi Telman Məmmədovun xatirəsinə həsr olunmuş yunan - Roma güləşi üzrə turnir keçirilib

04-03-2025


Xabarovsk əyalətində beynəlxalq kateqoriyalı məşhur hakim və məşqçi Telman Məmmədovun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə ənənəvi turnir başa çatıb.

Xabarovsk əyalətinin “Azərbaycanlıların birliyi” ictimai təşkilatının dəstəyi ilə keçirilən yarışda Uzaq Şərqin bir sıra güləşçiləri iştirak ediblər. Vaxtilə şəhər birinciliyi kimi başlayan yarış sonralar əyalət səviyyəsinə qalxıb və inkişaf edib. Təşkilatçılar bildiriblər ki, gələcəkdə bu turnir beynəlxalq status əldə edəcək.

İki gün davam edən yarışda yüksək hazırlıq səviyyəsi, dözümlülük və qələbəyə doğru iradə nümayiş etdirən 200-ə yaxın idmançı iştirak edib.

Təşkilatçılar iştirakçılara, onların məşqçilərinə, ailələrinə və turniri dəstəkləyən və populyarlaşmasına töhfə verən hər kəsə təşəkkür ediblər.

Xabarovsk əyalətində yaşamış Telman Məmmədov yunan-Roma güləşi üzrə tanınmış məşqçi və beynəlxalq səviyyəli hakim olub. O, Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edib və regionda idmanın inkişafına əhəmiyyətli töhfəsini verib.

Onun xidmətlərini yad etmək məqsədilə Xabarovsk əyalətinin “Azərbaycanlıların birliyi” ictimai təşkilatının dəstəyi ilə hər il gənclər arasında yunan-Roma güləşi üzrə açıq əyalət turniri keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31