azturkxeber.az
http://azturkxeber.az

Şirvanda daşınmaz əmlak məsələləri ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb

03-03-2025

Şirvanda daşınmaz əmlak məsələləri ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Şirvanda Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlarla görüşüb.

Azturkxeber.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, görüşdə 17 vətəndaş iştirak edib.

Görüşə gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qaldırılan bəzi məsələlər qəbulda öz həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31