azturkxeber.az
http://azturkxeber.az

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşlarla görüşəcək

26-02-2025

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşlarla görüşəcək


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 27-də Şirvan Ərazi İdarəsində (Ünvan: Şirvan şəhəri, Heydər Əliyev prospekti, 20) Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlarla görüşəcək.

Saat 11:00-dan etibarən keçiriləcək görüş zamanı vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər 055 4652368 nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun 13 saylı Şirvan Ərazi İdarəsinə (telefon: 051 3899799, elektron ünvan: dedkr.13sayli@emlak.gov.az) fevralın 26-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728