azturkxeber.az
http://azturkxeber.az

Romanın məşhur Trevi fəvvarəsinə icazəsiz girən turist cərimələnib

28-02-2025

Romanın məşhur Trevi fəvvarəsinə icazəsiz girən turist cərimələnib


İtaliyanın paytaxtı Romanın simvolik tikililərindən olan Trevi fəvvarəsinə icazəsiz girən turist 500 avro cərimələnib və buranı ziyarət etməsinə ömürlük qadağa qoyulub.

Azturkxeber.az xəbər verir ki, yeni zelandiyalı üç turist Trevi fəvvarəsinə girmək istəyərkən polis tərəfindən saxlanılıb. Lakin onlardan biri polisdən qaçaraq tarixi fəvvarənin içinə atlayıb. Həmin şəxsin spirtli içkinin təsiri altında bu addımı atdığı bildirilib.

Polisin məlumatına görə, hər il bir çox insan fəvvarəyə ayağını saldığı və ya buraya butulka atdığı üçün cərimələnir. Eyni zamanda, simvolik məna daşıyan və arzu tutularaq fəvvarəyə atılan dəmir pullar da oğruların hədəfinə çevrilir. Buraya ildə təxminən 1,5 milyon avro dəyərində dəmir pullar atılır və bu vəsait Romadakı xeyriyyə təşkilatlarına verilir.

Rəsmilər fəvvarənin qorunması üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini, bu cür hallara qarşı ciddi cərimə və sanksiyaların tətbiq olunacağını bildiriblər.

Qeyd edək ki, ötən ilin sonlarında burada hərtərəfli bərpa işləri aparılıb, müəyyən müddət ərzində fəvvarəyə eyni anda maksimum 400 ziyarətçinin yaxınlaşmasına imkan verən nəzarət sistemi tətbiq edilib. Əraziyə daxil olmaq üçün ödəniş sisteminin tətbiq edilməsi də nəzərdən keçirilir.

Barokko memarlığının nümunəsi sayılan Trevi fəvvarəsi XVIII əsrdə italyan memar Nikola Salvi tərəfindən Poli Sarayının fasadlarından birində inşa olunub. Fəvvarə hər il milyonlarla turistin ziyarət etdiyi Romanın ən görməli yerlərindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728