azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniyada sığınacaq axtaranların sayı rekord həddə çatıb

28-02-2025

Böyük Britaniyada sığınacaq axtaranların sayı rekord həddə çatıb


Böyük Britaniyada sığınacaq axtaran insanların sayı ötən il rekord həddə çatıb.

Azturkxeber.az “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, 2024-cü ildə ölkədə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 108 min 138 nəfər olub. Bu, 2001-ci ildən bəri aparılan qeydlər üzrə ən yüksək göstəricidir. Bundan əvvəlki rekord 2002-ci ilin dekabr ayına qədər olan 12 aylıq dövrdə qeydə alınan 103 min 81 nəfər olub.

2024-cü ildə 37 min nəfər kiçik qayıqlarla Britaniyaya gəlib ki, bu da 2024-cü ildə sığınacaq üçün müraciət edənlərin 32 faizini təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728