azturkxeber.az
http://azturkxeber.az

2025-ci ildə Britaniyaya kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb

29-04-2025

2025-ci ildə Britaniyaya kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb

Aprelin 28-ə olan məlumata əsasən, 2025-ci ildə kiçik qayıqlarla Britaniyaya keçənlərin sayı 10 min nəfəri keçib.

Son üç ildə bu göstərici yalnız iyun ayının ortalarında qeydə alınırdı.

Nəşr qeyd edir ki, Britaniyaya kiçik qayıqlarla keçənlər barədə məlumatlar 2018-ci ildən etibarən toplanmağa başlayıb. Həmin ildən La-Manş boğazı ilə kiçik qayıqlarla keçidlər Böyük Britaniyaya qeyri-qanuni girişin əsas marşrutlarından birinə çevrilib.

Məsələ Böyük Britaniyada siyasi partiyalar üçün əsas müzakirə mövzusuna çevrilib. Baş nazir Rişi Sunakın “Qayıqları dayandır” (“Stop The Boats”) şüarı ilə verdiyi vəd gözlənilən nəticəni verməyib. İslahatşılar Partiyasının lideri Naycel Faraj isə bu mövzunu seçki kampaniyasının əsas istiqamətlərindən birinə çevirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930