azturkxeber.az
http://azturkxeber.az

Emin Ağalarov terror aktından sonra “Crocus Group”un zərərini açıqlayıb

27-02-2025

Emin Ağalarov terror aktından sonra “Crocus Group”un zərərini açıqlayıb


“Crocus City Hall”da törədilən terror aktı nəticəsində “Crocus Group”un zərərinin tam məbləği təqribən 150-200 milyon dollardır.

Bu barədə jurnalistlərə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də Moskva ətrafındakı Krasnoqorskqda baş verib. Silahlı şəxslərdən ibarət qrup tədbir zamanı “Crocus City Hall”da konsert zalına basqın edib, odlu silahlardan tamaşaçılara atəş açıb və binanı yandırıb. Hücum nəticəsində 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

Emin Ağalarov qeyd edib ki, konsert zalının dağıdılması nəticəsində birbaşa itkilərlə yanaşı, şirkət “Crocus City”nin digər obyektlərində ziyarətçilərin sayının xeyli azalması problemi ilə üzləşib. O, terror aktının ailəsi üçün şəxsi faciə olduğunu vurğulayıb və hadisənin bütün hallarını aydınlaşdıracaq təhqiqatın tezliklə başa çatacağına ümid etdiyini bildirib.

Terror aktı qurbanlarının xatirəsini anmaq üçün faciənin birinci ildönümündə - 2025-ci il martın 22-də “Crocus City” ərazisində memorialın açılışı planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728