azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq Türk Akademiyası ilə Türkiyədəki təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

27-02-2025


Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar ilə görüşüb.

Akademiyadanbildirilib ki, görüş zamanı tərəflər Türk Akademiyası ilə Türkiyədəki təhsil müəssisələri arasında elmi əməkdaşlıq imkanlarını və türk xalqlarının ortaq mədəni irsinin təbliği məsələsini müzakirə ediblər.

Akademik Şahin Mustafayev türkologiya elminin inkişafı və Türk dünyasında elmi birliklərin inteqrasiyasının gücləndirilməsinə yönəlmiş əsas təşəbbüslər barədə məlumat verib.

Erol Özvar Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib və akademik əməkdaşlığın genişləndirilməsi səylərini dəstəkləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728