azturkxeber.az
http://azturkxeber.az

Belarus "ASAN xidmət" təcrübəsinin tətbiqində maraqlıdır

27-02-2025

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Belarus Respublikasına səfər edib.

Belarus tərəfinin  təşəbbüsü ilə həyata keçirilmiş səfər çərçivəsində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Belarus Respublikasının Xidmətlərin Göstərilməsi və Yenidən Təşkili Agentliyi arasında "Belarus Respublikasında dövlət xidmətlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.

Memorandum “ASAN xidmət” təcrübəsinin Belarus Respublikasında tətbiqini, eləcə də mərkəzlərdə təcrübələrin təşkilini,  Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.

Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti ilə Belarus Respublikasının müvafiq qurumlarının nümayəndələri arasında görüşlər keçirilib. Görüşlərdə "ASAN xidmət” və Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələr barədə geniş təqdimatlar edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728