azturkxeber.az
http://azturkxeber.az

FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib

25-02-2025

FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib


Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, qeyd olunanlarla bağlı nazirlik əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatlı davranmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, eyni zamanda, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Pirotexniki vasitələrdən istifadənin qadağan olduğu yadda saxlanılmalıdır.

Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728