Fövqəladə Hallar Nazirliyi (FHN) Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Azturkxeber.az xəbər verir ki, müraciətdə deyilir:
“Bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir.
Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.
Ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılandı.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib