azturkxeber.az
http://azturkxeber.az

Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq mükafata layiq görülüb

25-02-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq müsabiqədə mükafatlara layiq görülüb.

Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının “Employee Wellness Awards” müsabiqəsində Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib və Agentlik “2025-ci il üzrə Dövlət Məşğulluq Xidmətində Mükəmməllik” kateqoriyası üzrə qalib seçilib. (https://www.corporatevision-news.com/winners-list/?award=54192-2025)

Həmçinin “Global Financial Market Review”” təşkilatının (Böyük Britaniya) müsabiqəsində “Əmək və məşğulluq” altsistemi ilə iştirak edən Dövlət Məşğulluq Agentliyi “Ən Yaxşı Rəqəmsal Tənzimləmə Həlli Azərbaycan 2025” kateqoriyası üzrə qalib seçilib. (https://www.gfmreview.com/press-release/gfm-review-announces-the-winner-of-its-prestigious-industry-award-for-the-second-part-of-the-2nd-week-of-february-2025)

Qeyd edilən müsabiqələr biznes və korporativ sektorda innovativ yenilikləri və uğurları ilə seçilən özəl və dövlət qurumlarının nailiyyətlərini, yeni tendensiyaları və nailiyyətləri tanıtmaq məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728