azturkxeber.az
http://azturkxeber.az

DOST RİM “Global Business Awards 2025” beynəlxalq müsabiqəsinin qaliblərindən biri olub

19-05-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) qlobal biznes mühitində tanınan “Corporate Vision Magazine” nəşrinin (Böyük Britaniya) “Global Business Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Azturkxeber.az -ın məlumatına görə, mərkəz son illərdə rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaş yönümlü həllərin yaradılması və ümumilikdə innovativ idarəetmə modellərinin tətbiqi sahəsində uğurlarına görə müsabiqənin qaliblərindən biri olub.

https://www.corporatevision-news.com/march-2025/#issue-winner-az

Müsabiqə çərçivəsində dünyanın 100-dən artıq ölkəsini təmsil edən qabaqcıl şirkətlər və təşkilat müxtəlif nominasiya üzrə qiymətləndirilib. Qiymətləndirmə zamanı iştirakçıların strateji yanaşmaları, innovasiya bacarıqları, rəqəmsal transformasiya sahəsində əldə etdikləri nailiyyətlər və ümumi korporativ effektivlikləri nəzərə alınıb.

“Corporate Vision Magazine” bütün dünyada innovativ yanaşmaları, qabaqcıl texnologiyaları və perspektivli biznes təşəbbüslərini işıqlandıran və təbliğ edən nüfuzlu rəqəmsal nəşrdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031