Almaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər xəsarət alıb
Almaniyanın Saarland əyalətinin paytaxtı Saarbrüken şəhərində iki sərnişin avtobusu toqquşub.
Hadisə nəticəsində 30-dan çox insan xəsarət alıb. Xəsarət alanlar arasında azyaşlılar da var.
Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım helikopteri göndərilib. Qəzanın baş vermə səbəbi araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: