azturkxeber.az
http://azturkxeber.az

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

12-07-2025

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

Almaniyanın Aşağı Saksoniya əyalətinin Gifhorn bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində altı nəfər xəsarət alıb.

Niderlanddan olan 23 sərnişini daşıyan turist avtobusu idarəetməni itirərək yoldan çıxıb və bir neçə ağaca çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar arasında avtobusun sürücüsü də var. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qəza yerinə təcili tibbi yardım briqadaları və helikopterlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031