Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb
Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.
Azturkxeber.az “Figaro”ya istinadla xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb. Nazir hücumdan salamat çıxıb. Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: