azturkxeber.az
http://azturkxeber.az

Tuareq üsyançıları Mali hakimiyyətini hədələyiblər

30-04-2026

Tuareq üsyançıları Mali hakimiyyətini hədələyiblər

Malidə fəaliyyət göstərən Tuareq separatçıları ölkədə hakimiyyətdə olan hərbi şuranı devirməklə hədələyiblər.

Azturkxeber.az “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu üsyançıların sözçüsü Məhəmməd əl-Maulud Ramazan Parisə səfəri zamanı “France-Presse” agentliyinə bildirib.

O qeyd edib ki, Malidə mövcud hakimiyyət gec-tez devriləcək. Onun sözlərinə görə, hakimiyyətin mövqelərini qoruyub saxlaması üçün real imkan yoxdur. Bir tərəfdən “Azvadın Azadlıq Cəbhəsi”nin (Malinin şimalı) hücumları, digər tərəfdən isə paytaxt Bamako və digər şəhərlərdə silahlı qrupların fəallaşması vəziyyəti daha da gərginləşdirir.

Üsyançılar, həmçinin ölkənin şimalındakı Kidal bölgəsindən “Afrika Korpusu”na bağlı rus hərbçilərinin çıxarılmasını nəzərdə tutan razılaşma əldə olunduğunu bildiriblər. Sözçü vurğulayıb ki, əsas məqsəd rus qüvvələrinin Azvaddan və ümumilikdə Malidən tam çıxarılmasına nail olmaqdır.

Xatırladaq ki, aprelin 25-də üsyançı qrupların Malinin bir neçə şəhərinə koordinasiyalı hücumları nəticəsində müdafiə naziri Sadio Kamara öldürülüb. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı həmin gün silahlıların bütün hücumlarının dəf olunduğunu və onlara ciddi ziyan dəydiyini bildirib. Döyüşlər aprelin 26-da əsasən ölkənin şimal-şərqindəki Kidal şəhərində, eləcə də Qao və Sevare şəhərlərinə yaxın rayonlarda davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930