Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək.
Azturkxeber.az xəbər verir ki, olimpiadada iştirak edən IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcək, eyni zamanda şagirdlər arasında şahmat turniri təşkil ediləcək.
Komanda yarışı formatında keçiriləcək olimpiada regional və respublika mərhələlərindən ibarətdir. Cari ilin aprelində keçirilməsi planlaşdırılan regional mərhələnin nəticələri əsasında qaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın final mərhələsi təşkil ediləcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib