azturkxeber.az
http://azturkxeber.az

KTN: Yanvar ayında xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb

07-02-2025

KTN: Yanvar ayında xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb


Ölkəmizdə intensiv bağların sahəsinin genişlənməsi, ötən illərdə salınmış intensiv bağların bara düşməsi məhsul istehsalının və ixracının artmasında böyük rol oynayır. 2025-ci ilin ilk ayında Azərbaycandan xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb. Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəmizdə meyvə ixracatının həcmi 23,5%, dəyəri isə 22,8% artıb. Bu ilin yanvar ayında xarici bazarlara 44,710.1 milyon dollar dəyərində 43,261.3 ton müxtəlif meyvə məhsulları ixrac olunub. İlin ilk ayında ölkəmizdən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri ixrac olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728