İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantların olduğu kiçik qayıq batıb.
azturkxeber.az xəbər verir ki, biri azyaşlı olmaqla 7 nəfər İtaliya maliyyə polisinin patrul gəmisi tərəfindən xilas edilib. Beşi qadın və üçü azyaşlı olmaqla ümumilikdə 20 miqrantın itkin düşdüyü bildirilir. İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri qayığın batdığı ərazidə axtarışlar aparır.
Liviyanın Zuvara şəhərindən yola çıxan qayıqda əsasən Suriya, Sudan və Misir vətəndaşları olub. Xilas edilən mühacirlər İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri vasitəsilə adadakı miqrant düşərgəsinə gətirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Aralıq dənizində qayıq aşıb, 70-dən çox miqrant itkin düşüb
İtaliya sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkarlanıb
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfransın açılış sessiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu