Əfqanıstandakı Taliban administrasiyası qadınlara yeni qadağalar tətbiq edib. Qadınların işlədiyi qeyri-hökumət təşkilatlarının bağlanacağını açıqlayan Taliban rəhbərliyi bu dəfə pəncərə qadağası tətbiq edib. Qadınların daha çox istifadə etdiyi otaqlarda pəncərənin olması qadağan edilib. Qadınların səmanı belə görməsinə mane olan yeni qanunlar kənddən tutmuş şəhərə qədər ölkənin hər yerində misli görünməmiş zülm mühiti yaradıb. Taliban rəhbərliyi qadınları işə götürən bütün yerli və xarici qeyri-hökumət təşkilatlarının bağlanacağını açıqlayıb.
Əfqanıstan İqtisadiyyat Nazirliyi son əmrə əməl edilmədiyi təqdirdə QHT-lərin Əfqanıstanda fəaliyyət göstərmək üçün lisenziyalarını itirəcəklərini açıqlayıb.
Talibanın Qeyri-Hökumət Təşkilatlarına təzyiqləri artarkən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ölkədə qadın humanitar yardım işçilərinin işinin qarşısı alındığını açıqlayıb.
Qızların altıncı sinifdən sonra təhsil almasını qadağan edən Taliban son həftələrdə qadınların küçədə yüksək səslə danışmasını da yasaqlayıb.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan qadını: milli dəyərlərin layiqli daşıyıcısı
Mina və partlamamış hərbi sursatlar probleminə dair qrant müsabiqələri elan olunub