Azərbaycanda erkən nikahlarla mübarizə tədbirləri gücləndirilib. Müvafiq dövlət orqanlarının birgə əməkdaşlığı çərçivəsində erkən nikah hallarının qarşısının alınması üçün qanunvericilik təkmilləşdirilib. Artıq 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki istisnalar ləğv olunub.
azturkxeber.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında söyləyib.
B.Muradova bildirib ki, erkən nikahlarla bağlı problemlərin aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilir: “Bununla bağlı ictimaiyyətin, media qurumlarının və qeyri-hökumət təşkilatlarının fəallığı mühüm amildir. Məqsəd təkcə qanunvericilik bazasını təkmilləşdirmək deyil, eyni zamanda, ictimai maarifləndirmə yolu ilə erkən nikahlara qarşı sosial müqavimət formalaşdırmaqdır”.
“Erkən nikahlar təkcə fiziki sağlamlığa deyil, həm də psixoloji, iqtisadi və sosial sahələrə mənfi təsir göstərir. Buna görə də, erkən nikahların qarşısının alınması uşaqların təhsil hüququnun qorunması baxımından da vacibdir”, - deyə B.Muradova əlavə edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!