azturkxeber.az
http://azturkxeber.az

Xidmətə qəbul və vakansiya elanları

22-09-2026

Daxili İşlər Nazirliyi vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə ali təhsilli, yaşı 22-dən 29-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş digər tələblərə cavab verən, Bakı şəhərində daimi qeydiyyatda olan və ya yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Namizədlərdən Microsoft Word və Microsoft Excel proqramları, habelə informasiya sistemləri və elektron məlumat bazaları ilə işləmək bacarığı, məlumatlarla dəqiq və sistemli işləmə vərdişi, diqqətlilik, məsuliyyətlilik, obyektiv qərarvermə, komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı tələb olunur.

Yol hərəkəti qaydaları sahəsində ümumi bilikləri, monitorinq, nəzarət və ya inzibati fəaliyyət üzrə iş təcrübəsi olan, intensiv iş və stress şəraitində operativ, soyuqqanlı və düzgün qərarvermə bacarığına malik namizədlərə üstünlük veriləcəkdir.

Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər Daxili İşlər Nazirliyinin kadrları sırasına qəbul edilərək onlara müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə nəzərdə tutulmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradılacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2026-cı il sentyabrın 14-dən oktyabrın 14-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin bki@mia.gov.az elektron ünvanına göndərməlidirlər.

Namizədlər müsabiqədə iştirak etmək üçün dəvət edilərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

* şəxsiyyət vəsiqəsi;

* ali təhsil haqqında diplom;

* əmək kitabçası (olduğu halda);

* hərbi bilet.

Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-80-63; (012) 590-97-52; (012) 590-94-35.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930