azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22-09-2026

Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

DİN Mətbuat Xidmətindən Azturkxeber.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930