Milli Məclisin sədr müavini Türkiyəyə səfər edəcək

Milli Məclisin sədr müavini Musa Qasımlı sentyabrın 23-də Türkiyə Respublkasına səfər edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində vitse-spiker Trabzon şəhərində Qara dəniz Texniki Universitetində keçiriləcək “Trabzondan Türküstana: Tarix-Mənəniyyət-İnsan” mövzusunda tədbirdə iştirak edəcək.
Sentyabrın 25-də isə sədr müavini Ədirnə şəhərində Türkiyə- Azərbaycan Dərnəkləri Federasiyasının Trakiya Universiteti ilə birgə təşkil etdiyi 27 sentyabr- Anım Gününə həsr olunmuş “İşğaldan zəfərə uzanan yol” mövzusunda simpoziumda iştirak edəcək.
Səfər sentyabrın 26-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: