azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

22-09-2026

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 29-da saat 10:00-da Şabran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azturkxeber.az xəbər verir ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarının sakinləri Şabran DAİM-ə (077-553-96-13) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930