azturkxeber.az
http://azturkxeber.az

Gənclər və idman komitəsinin iclasında

22-09-2026

Sentyabrın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komitə sədri Şahin İsmayılov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə iki məsələnin daxil edildiyini bildirib.

İlk növbədə, komitə sədri gündəliyin birinci məsələsi olan 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 4 iclas keçirilib və 6 məsələyə baxılıb. Bununla yanaşı, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində ümumilikdə komitəyə 125 müraciət daxil olub, onlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Komitə sədri deyib ki, ötən dövrdə seçicilərlə görüşlər keçirilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Daha sonra Şahin İsmayılov gündəliyin ikinci məsələsi – Gənclər və idman komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, iş planı layihəsində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, gənclər və idman sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi və geniş müzakirələrin təşkili nəzərdə tutulur.

Müzakirələr zamanı komitə sədrinin müavini Könül Nurullayeva, üzvləri Asif Əsgərov, Ülvi Quliyev, Mircəlil Qasımlı, Səbinə Xasayeva, Eyvaz Qurbanov, Müşfiq Cəfərov, Vüqar İskəndərov, Göydəniz Qəhrəmanov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək fikir və təkliflərini bildiriblər.

Beləlikə, ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

İclasda deputat Mahir Süleymanlı və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930