“Azəriqaz” İB-nin rəhbərliyi Xankəndi şəhərində vətəndaşları qəbul edəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu sentyabrın 25-də saat 11:00-da Xankəndi şəhərində (Zona 1, bina 3 - Abadlaşdırma və Kommunal Xidmətlər Departamentinin yerləşdiyi bina) keçiriləcək.
Azturkxeber.az xəbər verir ki, görüşdə Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-19; 055-227-24-33) müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: