azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub - (VİDEO)

21-09-2026

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.

Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilmişdir.

Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə də hərbi texnikaya baxış keçirib.

Sonra nazirliyin rəhbər heyəti cari ilin oktyabr ayında keçirilməsi planlaşdırılan NATO-nun ƏİK Qiymətləndirmə və Rəy proqramı çərçivəsində birinci səviyyəli Özünü Qiymətləndirmə Təliminə hazırlıq üzrə döyüş hazırlığı prosesini izləyib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub, bölmənin ərazisində xatirə ağacları əkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930