Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib



Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, komitə sədri Əjdər Əliyev 2026-cı il payız sessiyasının əvvəlində Hüquq siyasəti komitəsinin öz işi barədə hesabatını nəzərə çatdırıb. Vurğulanıb ki, ötən dövrdə keçirilən komitə iclaslarında müzakirə olunan qanun layihələrinə Ali Məclisdə baxılmasına dair rəylər verilib. Komitə sədri deyib ki, ötən müddətdə seçicilərlə mütəmadi görüşlər keçirilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq işlər görülüb.
İclasda gündəlikdə duran məsələ ilə bağlı komitə üzvlərinin çıxışları dinlənilib, müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: