azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı dırmanmaçılar Avropa çempionatında qüvvələrini sınayacaqlar

28-08-2026

Azərbaycanlı idmançılar idman dırmanması üzrə Avropa çempionatında mübarizə aparacaqlar.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idman dırmanması üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.

28–30 avqust tarixlərində keçiriləcək yarışda Azərbaycanı Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.

Avropanın ən nüfuzlu yarışlarından biri olan çempionat idmançılarımız üçün beynəlxalq səviyyədə təcrübə toplamaq və öz bacarıqlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31